İraqda şiddət davam edir

İŞİD-in Elbuganem bölgəsinə təşkil etdiyi hücum nəticəsində bir nəfər həyatını itirib, 3-ü yaralanıb.

165230
İraqda şiddət davam edir

İŞİD-in Elbuganem bölgəsinə təşkil etdiyi hücum nəticəsində bir nəfər həyatını itirib, 3-ü yaralanıb.

Evlərə böyük ziyan dəyib. Elbuganem bölgəsində tayfa silahlılarıyla İŞİD silahlıları arasında yaranan qarşıdurmada 13 İŞİD silahlısı ölüb, 2 tayfa silahlısı isə yaralanıb.
Ramadi şəhərinin Hadisə qəsəbəsində İraq təhlükəsizlik qüvvələriylə beynəlxalq koalisiya nəzarətindəki döyüş təyyarələri İŞİD-ə aid zirehli texnikaya təşkil etdiyi hücumda 12 İŞİD silahlısı ölüb, 4 zirehli texnika sıradan çıxarılıb.
Qeyd edək ki, İraqda, iyun ayında İŞİD qruplaşmasının Mosul başda olmaqla digər bölgələrin idarəsini ələ keçirməsindən sonra, təşkilat ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar davam edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr