NATO-nun Əfqanıstandakı missiyası sona çatıb

NATO qüvvələrinin, Əfqanıstandakı missiyası, ötən gün paytaxt Kabildə təşkil edilən mərasimlə rəsmi olaraq sona çatıb.

164059
NATO-nun Əfqanıstandakı missiyası sona çatıb

NATO-nun Əfqanıstandakı missiyası sona çatıb
Amerika Birləşmiş Ştatları nəzarətindəki NATO qüvvələrinin, Əfqanıstandakı missiyası, ötən gün paytaxt Kabildə təşkil edilən mərasimlə rəsmi olaraq sona çatıb.
13 il əvvəl 57 ölkənin iştirakı ilə başlayan İSAF (Beynəlxalq Təhlükəsizlik Dəstək Qüvvələri) missiyası, yeni ildə “Qərarlı Dəstək” missiyasına çevriləcək.
Bu çərçivədə, 13 min 500 xarici, 11 min isə amerikalı əsgər, Əfqan silahlı qüvvələrinə təhsil, məsləhət və yardım xidməti güstərmək üçün ölkədə qalacaq.
Bundan sonra ölkənin təhlükəsizliyindən Əfqan təhlükəsizlik qüvvələri məsul olacaq, Amerika əsgərləri isə yalnız havadan
dəstək verərək xüsusi hallarda terrorla mübarizə əməliyyatlarına qatılacaq.
NATO səlahiyyətliləri əksini iddia etsələr də, Əfqan mütəxəssisləri, missiyanın müvəffəqiyyətli olmadığını
bildiriblər.

2014-ci ilin əvvəlindən noyabr ayına qədər 3 min 200-ə yaxın dinc əhali həyatını itirib. Eyni dövrdə Əfqan təhlükəsizlik gücləri də 4 min 600 itki verib.
NATO-nun Əfqanıstan missiyasının başladığı 2001-ci ildən bu zamana qədər isə 3 min 500 xarici əsgər həyatını itirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr