Azərbaycanda Bələdiyyə Seçkiləri keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev, Bakıdakı 6 saylı seçki məntəqəsində səs verib.

157478
Azərbaycanda Bələdiyyə Seçkiləri keçirilir

Azərbaycanda keçirilən Bələdiyyə Seçkilərində 1607 bələdiyyə üzrə 15 min 35 bələdiyyə üzvlüyünə 37 min 77 namizəd iştirak edir. Namizədlərin 13 min 907-si 8 siyasi partiya tərəfindən, 23 min 61-i fərdi qaydada, 109-u isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Seçkiyə qatılan namizədlərdən 18 min 284-ü bitərəfdir. Ümumilikdə, namizədlər arasında 30 siyasi partiyanın təmsilçiləri var.
Azərbaycan Prezidenti İlham Əliyev, Bakıdakı 6 saylı seçki məntəqəsində səs verib. Seçkilər 118 seçki dairəsi üzrə 5015 seçki məntəqəsində keçirilir. Seçici siyahılarına 4 milyon 819 min 382 seçicinin adı daxil edilib.
Ölkədə 118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb.
Səsvermə Türkiyə vaxtı ilə saat 17:00-da başa çatacaq.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr