100 min suriyalı inkişaf etmiş ölkǝlǝrǝ sığınacaq

BMT, inkişaf etmiş ölkǝlǝrin, Türkiyǝ vǝ digǝr qonşu ölkǝlǝrin qaçqınlarla bağlı yükünü azaltmaq mǝqsǝdi ilǝ 100 minǝ yaxın suriyalını qǝbul edǝcǝklǝrinǝ dair söz verdiklǝrini bildirib.

142645
100 min suriyalı inkişaf etmiş ölkǝlǝrǝ sığınacaq

BMT, inkişaf etmiş ölkǝlǝrin, Türkiyǝ vǝ digǝr qonşu ölkǝlǝrin qaçqınlarla bağlı yükünü azaltmaq mǝqsǝdi ilǝ 100 minǝ yaxın suriyalını ölkǝlǝrinǝ qǝbul edǝcǝklǝrinǝ dair söz verdiklǝrini bildirib.
BMT-nin Cenevrǝ ofisindǝ, Türkiyǝ vǝ digǝr qonşu ölkǝlǝrdǝ olan suriyalıların başqa ölkǝlǝrǝ aparılması vǝ orda mǝskunlaşdırılması mǝsǝlǝsinin müzakirǝ edildiyi konfransa bǝzilǝri nazir sǝviyyǝsindǝ olmaqla 40-a yaxın ölkǝdǝn nümayǝndǝ qatılıb.
Konfransda iştirakçılar, ölkǝlǝrinǝ qǝbul edǝcǝklǝri suriyalıların sayı haqqında mǝlumat veriblǝr.
Qeyd edǝk ki, konfransdan ǝvvǝl BMT, inkişaf etmiş ölkǝlǝrǝ, daha çox sayda suriyalı qaçqını qǝbul etmǝyǝ çağıraraq, ölkǝlǝrdǝn 2016-ci ilǝdǝk bunun 130 minǝ çıxarılmasını istǝmişdi.
Konfransda İsveç vǝ Almaniyanın ǝn çox suriyalı qǝbul edǝn Avropa ölkǝlǝri olduğu ifadǝ edilib.
ABŞ da, 9 min suriyalını qǝbul etmǝyǝ hazır olduğunu bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr