İran-Türkmənistan-Qazaxıstan beynəlxalq dəmir yolu açıldı

Ötən gün İran-Türkmənistan-Qazaxıstan beynəlxalq dəmir yol xəttinin açılışı olub

136863
İran-Türkmənistan-Qazaxıstan beynəlxalq dəmir yolu açıldı

Ötən gün İran-Türkmənistan-Qazaxıstan beynəlxalq dəmir yol xəttinin açılışı olub. Mərasimdə hər üç ölkənin prezidentləri iştirak edib.
İranın Ankara səfirliyindən verilən açıqlamada, dəmir yol xəttinin, Tehranda, İran prezidenti Həsən Ruhani, Türkmənistan Dövlət Başçısı Qurbanqulu Bedri muhammed-ov və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin qatıldığı açılışla xidmətə başladığı bildirilib.
Açılışla dəmiryolunun Türkmənistan-İran bölümü işə başlayıb. Layihənin Qazaxıstan-Türkmənistan hissəsi isə keçən ilin may ayından hazırdır.
Qazaxıstan, İran və Türkmənistan arasında 2007-ci ildə imzalanan razılaşma ilə inşasına başlanan dəmiryolu xəttində hər il 3-5 milyon ton yük daşınması planlaşdırılır. İrəliləyən dövrdə daşınacaq yükün 10-12 milyon tona yüksəlməsi gözlənilir.
Dəmiryolu xəttinin 82 kilometri İran, 700 kilometri Türkmənistan, 120 kilometri Qazaxıstan sərhədlərindən keçir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr