ABŞ Suriyada uçuşa qadağan bölgǝ yaradılmasını hǝlǝ dǝ istǝmir

Caş Örnist, “Bu mǝrhǝlǝdǝ uçuşa qadağan bölgǝnin ehtiyaca uyğun olduğuna inanmırıq.” deyib.

210879
ABŞ Suriyada uçuşa qadağan bölgǝ yaradılmasını hǝlǝ dǝ istǝmir

Ağ Evin nümayǝndǝsi Caş Örnist, “Bu mǝrhǝlǝdǝ uçuşa qadağan bölgǝnin ehtiyaca uyğun olduğuna inanmırıq.” deyib.
Pentaqon nümayǝndǝsi Stiv Vorın isǝ Türkiyǝ ilǝ müzakirǝlǝrin davam etdiyinǝ diqqǝt çǝkǝrǝk deyib ki, hazırda tǝhlükǝsiz bölgǝnin Suriyanın şimalındakı humanitar böhranı azaldacağına inanmırıq.
Pentaqonun fikrinǝ ǝsasǝn ǝn yaxşı hǝll yolu, İraq vǝ İŞİD üzǝrindǝ tǝzqiyin davam etdirilmǝsidir.
Dövlət Departamentinin rəsmisi Cǝn Psaki isǝ tǝhlükǝsiz bölgǝ mövzusunda hǝlǝ qǝrara gǝlmǝdiklǝrini bǝyan edib.
Türkiyǝnin müxtǝlif fikirlǝr irǝli sürdüyünü xatırlatan Psaki, Türkiyǝ ilǝ hǝlǝ dǝ fikir ayrılıqlarının davam etdiyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr