ABŞ, Əfqanıstandakı hərbi qüvvələrini artırır

ABŞ, 2015-ci ildə Əfqanıstandakı hərbi qüvvələrini artırmağa hazırlaşır.

206310
ABŞ, Əfqanıstandakı hərbi qüvvələrini artırır

ABŞ, 2015-ci ildə Əfqanıstandakı hərbi qüvvələrini artırmağa hazırlaşır.
Əfqanıstanda 2001-ci ildən, vəzifə yerinə yetirən və sayı 130 minə çatan “Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin vəzifə müddəti bu ilin axırında sona çatır.
Ölkədə Əfqan Ordusuna təlim keçən 12 min nəfərlik NATO qüvvələrindən başqa birlәşmә olmayacaq. Bu qüvvələrin 9 min 800-nü Birləşmiş Ştatlar, 2 min 200-nü isə, digər NATO ölkələri təmin edəcək.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama, May ayında verdiyi açıqlamada 2015-ci ilin ortalarında Amerika hərbiçilərinin sayının yarıya düşəcəyini, 2016-cı ilin sonunda da tamamilə çıxacaqlarını bildirmişdi.
Ölkədə təhlükəsizliyi təmin edən Əfqan Ordusu, Taliban və Əl-Qaidə qruplaşmaları ilə mübarizə üçün yetərli olmadığından ABŞ bölgəyə əlavə əsgər göndərməyi planlaşdırır. Onlar Əfqanıstanda qalacaq və 12 minlik NATO ordusu ilə birliktə vəzifələrini yerinə yetirəcəklər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr