Tunisdә prezident seçkisi

Tunisdə Ərəb Baharı deyilәn etiraz dalğasından sonra xalq ilk dəfə ölkә başçısını seçәcәk..

202280
Tunisdә prezident seçkisi

Tunisdə Ərəb Baharı deyilәn etiraz dalğasından sonra ilk dəfə xalq ölkә başçısını seçәcәk. 25 namizədin yarışdığı seçkidə öndə olan namizədlərdən biri, 87 yaşlı keçmiş baş nazir Baci Qaid Sibsidir. O, eyni zamanda Nida Tunis partiyasının lideridir. Öndə olan digər namizəd isə hazırdakı prezident Məhəmməd Munsif el-Merzukidir. İlk turda namizədlərdən heç biri 50 faizdən çox səs toplamazsa, noyabr ayının 30-u səsvermə üçün ikinci tur keçiriləcək. Qeyd edək ki, ötən ay da ölkədə ümumi seçkilər keçirilmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr