Bağdadla Ərbil arasında neft ixracatı

İraqda, mərkəzi İraq hökuməti ilə, İraq Regional Kürd Rəhbərliyi arasında neftin paylanması, ixracatı və ödənişləri ilə bağlı razılıq əldə olunub.

189939
Bağdadla  Ərbil arasında neft ixracatı

İraqda, mərkəzi İraq hökuməti ilə, İraq Regional Kürd Rəhbərliyi arasında neftin paylanması, ixracatı və ödənişləri ilə bağlı razılıq əldə olunub.
Açıqlama İraq hökumətindən gəlsə də, regional kürd rəhbərliyi də müqaviləni təsdiqləyib. Buna görə, İraq hökuməti, regional kürd rəhbərliyinə ilkin mərhələdə 500 milyon dollar ödəyəcək.
Regional Kürd rəhbərliyi, gündəlik 150 min barrel nefti, mərkəzi İraq hökuməti üzərindən ixrac edəcək. Regional Kürd rəhbərliyinin, yanvarın 1-də boru xətti ilə Türkiyə üzərindən dünya bazarlarına neft çatdırılmasına başlaması və ardından 22 maydan etibarən satışın həyata keçirilməsi, Ərbil ilə Bağdad arasındakı əlaqələri gərginləşdirmişdi.
Regional Kürd rəhbərliyinin, mərkəzi hökumətin icazəsini almadan İraq neftini "qeyri-qanuni" satdığını iddia edən və bunun suverenlik hüquqlarına zidd olduğunu deyən Bağdad, bu satışın İraq Milli Neft Şirkəti üzərindən edilməsini istəyir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr