Ayden: "Türkiyənin Şərqi Aralıq dənizində qanunsuz fəaliyyəti yo

Espen Bart Ayden Rum tǝrǝfinin dırnaqarası olaraq elan etdiyi İqtisadi Regiondakı Türk gəmilərinin fəaliyyətlərinin beynəlxalq hüquqa uyğun olduğunu söyləyib.

188455
Ayden: "Türkiyənin Şərqi Aralıq dənizində qanunsuz fəaliyyəti yo

Ayden: "Türkiyənin Şərqi Aralıq dənizində qanunsuz fəaliyyəti yoxdur”
BMT Baş katibinin Qıbrıs üzrə xüsusi nümayəndəsi Espen Bart Ayden Rum tǝrǝfinin dırnaqarası olaraq elan etdiyi İqtisadi Regiondakı Türk gəmilərinin fəaliyyətlərinin beynəlxalq hüquqa uyğun olduğunu söyləyib.
Qıbrıs Rum tǝrǝfi, Şərqi Aralıq dənizindəki gǝmi sǝfǝrlǝrinǝ görǝ Türkiyəni Birləşmiş Millətlərə şikayət etməyə hazırlaşırdı. Ancaq BMT-den gözləmədikləri bir cavab aldılar.
Xüsusi nümayǝndǝ Ayden, Türkiyənin fəaliyyətlərinin beynəlxalq qaydalara zidd olmadığını söyləyib.
Ayden, Rum tǝrǝfinin öz başına iqtisadi bölgə olaraq elan etdiyi regionda suverenlik haqqı olduğunu ancaq döyüş gəmiləri daxil istəyən hər gəminin bu sularda sǝfǝr edǝ bilǝcǝyini bildirib.
O deyib ki, bu sular Rum tǝrǝfinin sahili suları deyildir.
Tǝbii qazla əlaqədar problem həll edilmǝyǝcǝyi təqdirdə gǝrginliyin daha da artacağı barǝdǝ xəbərdarlıq edǝn Ayden, bölgǝdǝki ehtiyatların adadakı iki icmanın ortaq malı olduğunu bir daha vurğulayıb.
Ayden, bu mǝsǝlǝnin iki icmanın birlǝşmǝsindǝn sonra qurulacaq federal hökumətin səlahiyyət sahəsində olduğunu qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr