İraq vǝ Suriyada terror tǝşkilatı "İŞİD"lǝ mübarizǝ davam edir

Amerika döyüş, bombardman vǝ pilotsuz tǝyyarǝlǝrlǝ, Suriyanın İdlib şǝhǝrinǝ bağlı Sarmada qǝsǝbǝsi ǝrazisindǝki Xorasan Qruplaşmasına aid 5 hǝdǝfi vurub.

183847
İraq vǝ Suriyada terror tǝşkilatı "İŞİD"lǝ mübarizǝ davam edir

İraq vǝ Suriyada terror tǝşkilatı “İŞİD”lǝ mübarizǝ davam edir.
ABŞ Mǝrkǝzi Qüvvǝlǝr Komandirliyinin verdiyi açıqlamada, Amerika döyüş, bombardman vǝ pilotsuz tǝyyarǝlǝrlǝ, Suriyanın İdlib şǝhǝrinǝ bağlı Sarmada qǝsǝbǝsi ǝrazisindǝki Xorasan Qruplaşmasına aid 5 hǝdǝfi vurub.
İlk mǝlumatlara ǝsasǝn ǝmǝliyyatda silahlıların vurulduğu vǝ Xorasan qruplaşmasına aid çoxlu sayda maşın, toplantı mǝqsǝdilǝ istifadǝ edilǝn binalarla, partlayıcı cihaz istehsalı vǝ tǝlim binalarının mǝhv edildiyi bildirilib.
Kobanidǝ dǝ Azad Suriya ordusu ilǝ birlikdǝ silahlı Kürd qruplar, “İŞİD” silahlıları ilǝ toqquşmağa davam ǝdir.
İraq ordusu ilǝ “İŞİD” silahlıları arasında Bağdadın şimalında yerlǝşǝn Beyci qǝsǝbǝsindǝ isǝ qarşıdurmalar artıb.
Digǝr tǝrǝfdǝn ABŞ prezidenti Barak Obamanın, “İŞİD” terror qruplaşması ilə mübarizəni müzakirə etmek üçün İranın ali dini lideri Ayətullah Əli Xameneyiyə məktub ünvanladığı bildirilib.
Mǝktubda, Obamanın “İŞİD”lǝ mübarizǝnin iki ölkǝnin dǝ ortaq mǝnafeyinǝ olduğunu vurğuladığı irǝli sürülüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr