Rusiyada təyyarə qəzası

Rusiyada təyyarə qəzası baş verib, ölən var

182985
Rusiyada təyyarə qəzası

Rusiyada kiçik bir təyyarə idarəetməni itirərək meşəlik sahəyə çırpılıb. Faciəvi qəza, Rusiyanın paytaxtı Moskva yaxınlığında baş verib. Uçuş zolağında eniş edən təyyarə, naməlum səbəbdən idarəetməni itirib. Istiqaməti dəyişən təyyarə, uçuş zolağı yaxınlarındakı meşəlik sahəyə doğru sürətlə irəliləməyə başlayıb. Pilotlar yenidən yüksəlməyə çalışsada təyyarə sürətlə yerə çırpılıb. Pilotlardan biri ölüb, digəri isə ağır yaralanıb. Qəzanın səbəbi araşdırılır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr