Peşmərgədən ilk hücum

Kobaniyə keçən peşmərgə qüvvələri İŞİD-ә qarşı hücum təşkil edib.

177625
Peşmərgədən ilk hücum

İraqdan Kobaniyə keçən peşmərgə qüvvələri İŞİD-ә qarşı ilk hücum təşkil edib. Türkiyə әrazilәrindәn keçәrәk Kobaniyə gedən İraq peşmərgə qüvvələri şəhərin qərbindəki müxtəlif yerlərə istiqamət alıb. İlk hücumunu həyata keçirən peşmərgələr ötən gün axşam saatlarında İŞİD mövqelərinə altı rus mərmisi yağdırıb. Hücuma İŞİD-dәn hələ də cavab gəlməyib. Peşmərgələrin Kobaniyə keçməsindən sonra koalisiya təyyarələrinin İŞİD-ә qarşı bombardmanı daha da güclənib. ABŞ ordusu, Kobani yaxınlığındakı İŞİD hədəflərinə beş ayrı-ayrı hava hücum təşkil edildiyini açıqlayıb. Bu arada Mərkəzi Londonda olan Suriya İnsan Haqqlarını izlәmә ofisi, Kobani və ətrafındakı qarşıdurmalarda son üç gündə ən az 100 İŞİD xadiminin öldürüldüyünü bildirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr