İrandan İsrailə "Məscidi-i Əqsa" tənqidi

Tehran rəhbərliyi, Məscidi-Əqsaya girişə icazə verməyən İsraili tənqid edib.

177880
İrandan İsrailə "Məscidi-i Əqsa" tənqidi

Tehran rəhbərliyi, Məscidi-Əqsaya girişə icazə verməyən İsraili tənqid edərək,“bu cür cəhdlərin təhlükəli nəticələr doğuracağı” xəbərdarlığını edib. İran Xarici işlər nazirliyinin sözçüsü Mərziyə Afham tərəfindən verilən yazılı açıqlamada “Sionist rejiminin Məscidi-Əqsaya etdiyi hörmətsizliyi, Əqsanı bağlama sui-qəsdini və bu müqəddəs məkanı qoruyanlara qarşı polisin hücumlarını şiddətlə qınayırıq" deyilib. Bu cür cəhdlərin “təhlükəli nəticələr doğuracağı” yazılan açıqlamada İslam ölkələri və “regional birliklərdən” İsrailin Qüds və Məscidi-Əqsaya qarşı pozuntularına qarşı səssiz qalmamaları istənilib. Hadisədən sonra İsrail, "İkinci bir əmrə qədər Məscidi-i Əqsanın bütün müsəlmanlara bağlanıldığını" açıqlamasından sonra turist və yəhudi sakinlər də daxil olmaqla heç kimin gün ərzində Əqsaya girişinə icazə verilməmişdi. Beləcə İsrailin Şərqi Qüdsü işğal etdiyi 1967-ci ildən indiyədək ilk dəfə Əqsaya tamamilə giriş qadagası qoyulub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr