İŞİD-ə qarşı döyüşlərdə yeni rus helikopterlərindən istifadəyə e

İraq, İŞİD-ə qarşı döyüşlərdə yeni rus helikopterlərindən istifadəyə edəcək.

177205
İŞİD-ə qarşı döyüşlərdə yeni rus helikopterlərindən istifadəyə e

İraq, İŞİD-a qarşı döyüşlərdə yeni rus helikopterlərindən istifadəyə edəcək.
İraq Müdafiə Nazirliyinin açıqlamasına görə, ilkin mərhələdə Rusiyadan “Gecə ovçusu” adlı Mi-28 tipli 3 hücum vertolyotu alınıb.
İraq Hava Qüvvələri Komandirliyi, quraşdırma işlǝri tamamlanaraq istifadəyə verilən helikopterlərin İŞİD-ǝ qarşı əməliyyatlarda istifadə olunacağını açıqlayıb.
2012-ci ildə imzalanan müqaviləyə görə, Rusiya İraqa bu modeldə daha 12 helikopter vermǝlidir.
Mi-28-lər idarə olunan silah daşıyır, müasir naviqasiya sisteminə malikdir, zirehli texnikaları vura bilir.
İraq, ABŞ-da 36 ədəd F-16 döyüş təyyarəsi almaq üçün 3 il əvvəl müqavilə imzalamışdı lakin təyyarələr hələ də təslim olunmayıb. İraq ordusunun əlində 10-a yaxın rus döyüş təyyarəsi və 6 helikopter var.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr