15 min nəfər qeyri-qanuni birləşmələrin tərkibində döyüşür

Suriya və İraqda dünyanın 80 ölkəsindən 15 min nəfər qeyri-qanuni birləşmələrin tərkibində döyüşür.

176952
15 min nəfər qeyri-qanuni birləşmələrin tərkibində döyüşür

Suriya və İraqda dünyanın 80 ölkəsindən 15 min nəfər qeyri-qanuni birləşmələrin tərkibində döyüşür.
BMT Təhlükəsizlik Şurası İŞİD və digər radikal terror təşkilatlarının tərkibində döyüşən silahlıların sayını açıqlayıb.
Radikal qruplaşmalara qoşulan əcnəbilər arasında “Əl-Qaida” ilə heç zaman problemi olmayan Çili, Norveç və Maldiv Cümhuriyyǝtlǝrinǝ mǝnsub insanların olduğu da bildirilib. İngiltǝrǝ, Fransa və Rusiyadan olan terrorçular isə konkret qruplaşmanın tərkibində döyüşürlər
BMT-nin hesabatında bildirilib ki, "Əl-Qaida" terror təşkilatının fəaliyyətinin zəifləməsi İŞİD kimi daha güclü terror təşkilatlarının yaranmasına gǝtirib çıxarıb.
Hesabatı hazırlayanların fikrinə ǝsasǝn, bu qruplaşma üçün başqa ölkələrdə terror aktları törətmək ilk planda yer tutmur. Lakin İraq və Suriyadakı döyüşlərdə iştirak edən təşkilat üzvləri öz ölkələrinə qayıdarsa, bir çox ölkələr bu kimi terror hadisələri ilə üzləşə bilərlər
Hesabatda o da qeyd edilib ki, terrorçuların əsas gəlir mənbəyi neft gəlirləridir. Suriya və İraqda İŞİD və digər terrorçu qruplaşmalar qanunsuz neft satışından gündə 1 milyon dollar qazanır vǝ bu ölkǝlǝrdǝ 5-6 milyon insanın yaşadığı ərazilərə tam nəzarət edirlər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr