Rusiya və Ukrayna qaz nəqlinin bərpası şərtlərini razılaşdırıbla

“Qazprom”la “Naftoqaz” arasında mövcud sazişə əlavə müqavilənin hazırlanması haqda razılıq əldə edilib.

175004
Rusiya və Ukrayna qaz nəqlinin bərpası şərtlərini razılaşdırıbla

Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, tərəflər qış mövsümündə Ukraynaya qaz nəqlinin texniki məqamlarının yer alacağı sənədlərin, habelə “Qazprom”la “Naftoqaz” arasında mövcud sazişə əlavə müqavilənin hazırlanması haqda razılıq əldə ediblər. Xatırladaq ki, Rusiya danışıqların davam etdirilməsi üçün Kiyevdən 3 milyard dolardan artıq təbii qaz borcunun iki milyardını Oktyabr ayının sonunda ödənilməsini tələb edirdi. Lakin iqtisadi vəziyyəti yaxşı olmayan Ukrayna, bu borcu qaytarmaqda çətinlik çəkir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr