Müsəlman Qardaşlar sərhəddəki əsgərlərə qarşı təşkil olunan hücumu qətliam adlandırıb

Misirdəki Müsəlman Qardaşlar Təşkilatı sərhəddəki əsgərlərə qarşı təşkil olunan bombalı hücumda komandirlərin məsuliyyət daşıdığını deyərək, hadisəni “qətliam” adlandırıb.

171256

Təşkilatın rəsmi internet saytında hücumla əlaqədar yazılan açıqlamada Sina sakinlərinin Misirin müdafiə xətti olduğu və xalqın oradan köçrülüməsinin mümkün olmadığı vurğulanaraq, "Tarix boyu və hər zaman olduğu kimi Sinanın müdafiə xəttində olan insanlarının köçməsini mümkün deyil” yazılıb. Təşkilatın siyasi qanadı olan Azadlıq və Ədalət Partiyası da hücumu kəskin tənqid edib. Şimali Sinadan cümə günü iki təhlükəsizlik nöqtəsinə təşkil olunan bombalı hücumda 30 nəfər həlak olub, 311-i yaralanıb. Qeyd edək ki, Prezident Əbdulfəttah əs-Sisi, terror problemini kökündən həll etmək üçün Qəzza sərhədində möhkəm təhlükəsizlik tədbirləri görüləcəyini, tədbirlər çərçivəsində, ikinci bir xəbərdarlığa qədər Rifah Sərhəd qapısının bağlanması əmrini vermişdi.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr