İraq hökumәtiylә bağlı atılan addımlar yüksәk qiymәtlәndirilib

Türkiyә İraq hökümәtindә yeni tәyinatları mәmnuniyyәtlә qarşılayıb.

163569
İraq hökumәtiylә bağlı atılan addımlar yüksәk qiymәtlәndirilib

Türkiyə İraq hökumətində müdafiə və daxili işlər nazirliklərinə yeni təyinatları məmnuniyyətlə qarşılayıb.
Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, Türkiyə yeni təyinatların İraqda İŞİD-in hücumları ilə meydana gələn terror təhdidi, bu təhdidlərin dəstək tapmasına səbəb olan amilləri aradan qaldırmaq yolunda lazımlı addımları atmasını asanlaşdıracağına ümud edir. Həmçinin vurğulanır ki, Türkiyə İraqın qarşı-qarşıya olduğu terror və təhlükəsizlik təhdidi ilə mübarizəsində İraq hökumətinin və xalqının yanında olmağa davam edəcək.
Xatırladaq ki, İraqın Baş naziri Heydər əl-İbadın rəhbərliyi altında qurulan yeni hökumətdə müdafiə və daxili işlər nazirliklərinə oktyabrın 18-də yeni təyinatlar edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr