Qәzzaya 5 milyard dollar yardım sözü

“Qəzzənin yenidən Bәrpası Konfransı” Misirin paytaxtı Qahirədə keçirilib.

155087
Qәzzaya 5 milyard  dollar  yardım sözü

Misirin paytaxtı Qahirədə təşkil edilən “Qəzzənin yenidən Bәrpası Konfransın”da 5 milyard dolardan artıq yardım sözü verilib.
Fələstin Dövlət Başçısı Mahmud Abbasın, 4 milyard dollara ehtiyac duyduqlarını açıqlamasına baxmayaraq, Qahirədə 50 ölkə və beynəlxalq təşkilatın qatıldığı konfransda, bu rәqәmdәn artıq yardım sözü verilib.
Konfransa qatılan Norveç xarici işlər naziri Borge BREN, iştirakçı ölkələrin Fələstinə 5 milyard 400 milyon dollar yardım edəcəklərini, bunun yarısının Qəzzada bәrpa işlәrinin aparılması üçün xәrclәnәcәyini bildirib. Qalan miqdarın nə ediləcəyi mövzusunda məlumat verməyib. Yardımların 3 il әrzindә Qəzzaya çatdırılması nəzərdə tutulur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr