İŞİD-in, İraqda şәhәr mәrkәzlәrinә istiqamәtli hücumları davam

İraqda İŞİD tәşkilatına mәnsub terrorçular şəhər mərkəzlərinә istiqamәtli ardıcıl bombalı hücumlar təşkil edir.

155199
İŞİD-in, İraqda şәhәr  mәrkәzlәrinә istiqamәtli hücumları davam

İraqda İŞİD tәşkilatına mәnsub terrorçular şəhər mərkəzlərinә istiqamәtli ardıcıl bombalı hücumlar təşkil edir.
Son hücumlarda Diyala bölgəsində yerlәşәn Qaratәpә qәsәbәsindә İraq Kürdüstan Yurdsevәrlәr Birliyi (İKYB) partiyası binasi hәdәf götürülüb.
Onlarla adamın hәyatını itirdiyi hücumu İŞİD təşkilatı üzәrinә götürәrkәn, Anbar bölgəsində dә bir polis rәisi öldürülüb.
ABŞ Baş qərargah komandirliyinin başçısı Martin Dempsey verdiyi açıqlamada vertolyot hücumları nәticәsindә Bağdad hava limanınına nәzarәtin İŞİD-in əlinə keçməsinin qarşısını aldıqlarını bildirib. Quru döyüşü olması halında, Mosul-daki qarşıdurmaların təyin edici olacağını ifadә edәn Dempsey İraq ordusunun Mosul-u geri almağa hazır olduğunda, Amerikalı məsləhətçilərin onlara müşayiәt edәcәyini deyib.
Digər tərəfdən, Kərkük valisi Necmettin Kərim, İŞİD silahlılarının xaos yaradmaq üçün cənub-qərb istiqamәtindәn Kərkükə, hücum üçün ciddi hazırlıqlar apardıqlarına dair mәlumat әldә etdiklәrini bildirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr