Müxaliflər xalqı qorumaq üçün sığınacaqlar yaradır

Suriyalı müxaliflər xalqı Əsəd rejiminin hücumlarından qorumaq məqsədilə sığınacaqlar yaradırlar.

153000
Müxaliflər xalqı qorumaq üçün sığınacaqlar yaradır

Suriyalı müxaliflər xalqı Əsəd rejiminin hücumlarından qorumaq məqsədilə sığınacaqlar yaradırlar. İnşa edilən yer altı sığınacaqlar bombalı və digər hücumlardan xüsusilə qadın, uşaq və yaşlıların qorunması məqsədini daşıyır. Bu vəziyyətin ehtiyacdan meydana gəldiyini deyən müxaliflər xalqı rejimin hücumlarından qorumaq üçün əlimizdən gələni edirik deyiblər. Bu cür sığınacaqların Suriyanın müxtəlif bölgələrində də yaradılacağı bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr