Kobani bölgəsinə humanitar yardım fəaliyyətləri davam edir

İŞİD-lǝ qarşıdurmaların davam etdiyi Kobani bölgəsinə humanitar yardım fəaliyyətləri davam edir.

153085
Kobani bölgəsinə humanitar yardım fəaliyyətləri davam edir

İŞİD-lǝ qarşıdurmaların davam etdiyi Kobani bölgəsinə humanitar yardım fəaliyyətləri davam edir.
Baş Nazirliyin İctimaiyyǝt üzrǝ diplomatiya koordinatorluğu, Şanlıurfa vilayǝtinin Mürşitpınar keçid mǝnqǝtǝsindǝn Kobani bölgǝsinǝ bu günə qədər 23 milyon lirǝ məbləğində 634 yük maşını ilǝ yardım çatdırılıb.
Ayrıca, Şenyurt sərhəd mǝntǝqǝsindǝn hǝrǝkǝt edǝn 125 yük maşını və Nusaybin sərhəd mǝntǝqǝsindǝn yola düşǝn 54 yük maşını yenə Kobaninin də daxil olduğu Suriyanın şimal bölgəsinə yardım çatdırıb.
Humanitar yardım fəaliyyətləri ümumi olaraq qiymətləndirildiyində isə bu rəqəm yüksəlir. Cəmi 12 Sərhəd Kömək Mərkəzindən Türkiyǝnin Qırmızı Aypara Cǝmiyyǝti vasitəçiliyi ilə göndǝrilǝn yardım miqdarının məbləği 700 milyon lirǝni keçib.
Bütün bunlarla yanaşı 19 sentyabrdan etibarǝn Kobani bölgəsindən Türkiyəyə daxil edən 185 min adama qida və gigiyena yardımı paylaması da davam edir. Qaçqınlara gündǝ 3 dəfə yemək verilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr