Azərbaycan Bayrağı dünyanın ən hündür 2-ci bayraq dirəyində dalğ

Dünyanın ən hündür 2-ci bayraq dirəyində Dövlət Himninin sədaları altında Azərbaycan bayrağı ucaldılıb.

207499
Azərbaycan Bayrağı dünyanın ən hündür 2-ci bayraq dirəyində dalğ

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin təşkilatçılığı ilə Dövlət Bayrağı Meydanında “Mən azərbaycanlıyam!” aksiyası  keçirilib. Aksiya zamanı dünyanın ən hündür 2-ci  dirəyində Dövlət Himninin sədaları altında Azərbaycan bayrağı ucaldılıb.Tədbir, bayrağın çoşğu ilə ucaldılması və iştirakçıların dirəyin önündə xatirə şəkli çəkdirməsi ilə başa çatıb.

Aksiyada ictimaiyyətin çoxsaylı nümayəndələri, incəsənət xadimləri, idmançılar, hərbçilər iştirak ediblər.

Bildirilib ki, bu mərasim ictimaiyyətin arzusu ilə keçirilir və indən belə mütəmadi olaraq davam etdiriləcək.

Bakıda Dövlət Bayrağı Meydanında 161 metr olan bayraq dirəyi dünyanın ən hündür ikinci bayraq dirəyidir. Birinci yerə isə 165 metr ilə Tacikistan sahibdir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr