"Türkiyəyə köç edənlərin sayı 172 minə çatıb"

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Adrian Eduards, Kobanidən Türkiyəyə köç edənlərin sayının 172 minə çatdığını söyləyib.

150523

BMT-nin Cenevrə Ofisində təşkil edilən mətbuat konfransında Kobanidə yaşanan son hadisələrlə bağlı jurnalistlərin suallarını cavablandıran Adrian Eduards, Türkiyədə sığınacaq axtaran böyük bir əhali kütləsi var deyib. Türkiyənin bu kəslər üçün hələ də düşərgələr qurduğunu və onların cəmiyyət içində birgə yaşamasını təmin etdiyini ifadə edən Eduards, "Çox çətin zamanlardır və Türkiyə çətin şərtlər altında edə biləcəklərindən daha artığını edir" deyib.
BMT İnsan Haqları Ali Komissarlığının sözçüsü Rupert Colville də hücumların sərhədləri aşdığı bir durumda Türkiyənin buna cavab verəcəyindən əmin olduqlarını söyləyib.
Colville "Qonşu dövlətin güclü bir dövləti və güclü bir ordusu var" deyə fikirlərinə əlavə edib.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr