Suriyada 4 gizli kimyəvi silah obyekti

Suriya Birləşmiş Millətlərə bu vaxta qədər bildirmədiyi 4 gizli kimyəvi silah obyekti olduğunu açıqlayıb.

150884
Suriyada 4 gizli kimyəvi silah obyekti

Suriya Birləşmiş Millətlərə bu vaxta qədər bildirmədiyi 4 gizli kimyəvi silah obyekti olduğunu açıqlayıb.
Bu əhəmiyyətli məlumatı Birləşmiş Millətlər Təşkilatının Baş katibinin xüsusi nümayəndəsi çərşənbə axşamı günü keçirilən Təhlükəsizlik Şurası konfransında açıqlayıb.
2013-ci ilin avqust ayında Dəməşqdə yaşanan kimyəvi hücumdan sonra Amerika Birləşmiş Ştatları və Rusiya arasında baş tutan razılaşmaya uyğun olaraq Suriyanın 1300 ton kimyəvi silah ehtiyatlarının məhv edilməsi qərara alınmışdı. Gecikmələrə baxmayaraq kimyəvi silahların məhv edilməsi reallaşdırılıb. Silahların məhv edilməsindən sonra növbə obyektlərin aradan qaldırılmasına gəlmişdi. Qurğuların yıxılması əməliyyatına bu ay içərisində başlanması gözlənilir. Lakin verilən son məlumatlara görə Suriyanın kimyəvi silah proqramı mövzusunda şəffaf olmadığı və bəzi obyekləri gizləməyə çalışdığı şübhələri artırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr