İŞİD hәdәflәrinә bomba yağdırılmaqda davam edir

Koalisiyaya mәxsus qırıcılar İŞİD hәdәflәrinә bomba yağdırmaqda davam edirlәr.

146798
İŞİD hәdәflәrinә bomba yağdırılmaqda davam edir

ABŞ-nın liderliyindəki hәrbi koalisiyaya mәxsus qırıcılar İŞİD hәdәflәrinә bomba yağdırmaqda davam edirlәr.
Sәhәr radәlәrindә Kobanideki İŞİD hədəflərinə istiqamətli tәşkil edilәn aviazәrbә nәticәsindә, tәşkilat mәnsubu 8 silahlı mәhv edilib.
Ötәn axşam hәyata keçirilәn əməliyyatlarda isə Suriya və İraqdakı İŞİD hədəfləri bombalanıb.
Digər tərəfdən, Əsəd rejimi də müxaliflərin nәzarәtindәki bölgәlәrә әmәliyyatlar tәşkil edir. Hələb və ətrafına istiqamәtli hücumlarda çoxu dinc sakin olmaqla 23 nәfәr hәyatını itirib.
Digәr tәrәfdәn ABŞ-nın başçılığındakı koalisiyanın gücü hәr ötәn gün artmaqda davam edir.
İngiltərə Müdafiə naziri, ötәn gün İraqda İŞİD-ә istiqamətli aviazәrbә tәşkil etdiklәrini və tәşkilata mәxsus iki hәdәfin yerlә yeksan edildiyini açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr