Hərbi təyyarələrin İraq ve Suriyada əməliyyatları davam edir

Amerika Birləşmiş Ştatlarının rəhbərliyi altında koalisiyaya məxsus hərbi təyyarələr İraq ve Suriyada əməliyyatları davam etdirir.

146453
Hərbi təyyarələrin İraq ve Suriyada əməliyyatları davam edir

Amerika Birləşmiş Ştatlarının rəhbərliyi altında koalisiyaya məxsus hərbi təyyarələr İraq ve Suriyada əməliyyatları davam etdirir.
Təyyarələr səhər saatlarından etibarən Suriyanın Kobani qəsəbəsində İŞİD hədəflərinə 5 hava hücumu həyata keçiriblər. Digər tərəfdən, Bağdadın cənubundakı əsasən şiələrin yaşadığı Zafarani məhəlləsində bomba qurğusu yerləşdirilən avtomobilin partlaması nəticəsində 2 nəfər ölüb, 8-i isə yaralanıb. Hücumu hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Bu arada ABŞ-ın rəhbərliyi altında koalisiya getdikcə güclənməkdədir.
İngiltərənin müdafiə naziri ölkənin hərbi qüvvələrinin İraqda İŞİD-ə qarşı ilk hava hücumunu reallaşdırdığını bəyan edib. Hava hücumlarında İŞİD-ə aid ağır silah və bir zirehli texnikanın olduğu 2 hədəf vurulub. Digər tərəfdən, Avstraliya Baş naziri Tony Abbott da İraqa 2 təyyarə göndərildiyini, lakin hələ hava hücumlarına başlanmadığını ifadə edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr