İran ilә 5 +1 ölkələri arasındakı danışıqlardan yenә nәticә has

İranın nüvə proqramına dair BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü ilә Almaniya arasındakı danışıqlar nәtәcәsiz yekunlaşıb.

142177
 İran ilә 5 +1 ölkələri arasındakı danışıqlardan yenә nәticә has

İranın nüvə proqramına dair BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü - ABŞ, Rusiya, İngiltərə, Fransa və Çin ilə Almaniyanın New Yorkda həftə ərzində İranla bağlı davam etdirdikləri müzakirələrdə əhəmiyyətli bir nəticə əldə oluna bilməyib.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştonun sözçüsü Maykl Mann məsələ ilə bağlı verdiyi açıqlamada müzakirələrin tərəflərin diplomatik həll yollarını ortaya qoyduğunu və bu müddətdə üzərində çalışılması lazım olan bəzi fikirlərin olduğunu söyləyib. Maykl Mann bildirib ki, "Tərəflər arasında həll edilməsi lazım olan böyük fərqliliklər hələ də qalmaqdadır. Bu mövzuda əhatəli bir həll yolu tapılması üçün 5 +1 ölkələri və Avropa Birliyi diplomatik səylərini davam etdirəcək”. Tərəflərin təkrar nə vaxt və harada görüşəcəkləri isə açıqlanmır.
Xatırladaq ki, İranla 5 + 1 ölkələri nümayəndələri arasında keçən il reallaşan danışıqlarda beynəlxalq sanksiyaların azaldılması qarşılığında Tehranın da nüvə proqramını məhdudlaşdırması nəzərdə tutulmuşdu. Tərəflərin, 24 Noyabr 2013 tarixdə Cenevrədə əldə etdikləri müvəqqəti razılaşmada sanksiyalar yüngülləşdirilmiş və əhatəli razılaşmanın 20 İyula qədər edilməsi nəzərdə tutulmuşdu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr