35 ildәn sonra İran prezidenti ilә İngiltәrә baş naziri arasında görüş

İran İnqilabından sonra ilk dəfə İran prezidenti ilə İngiltərə Baş naziri bir araya gəlib.

137928
35 ildәn sonra İran prezidenti ilә İngiltәrә baş naziri arasında görüş

İran İnqilabından sonra ilk dəfə İran prezidenti ilə İngiltərə Baş naziri bir araya gəlib. İki ölkənin dövlət nümayəndəsi 35 illik fasilədən sonra bir araya gətirən görüş Nyu- Yorkda keçirilən BMT baş Assambleyasının toplantısı çərçivəsində baş tutub. İran prezidenti Həsən Ruhani və İngiltərənin baş naziri Devid Kemeron arasında baş tutan görüşdə nüvə silahına dair danəşıqlar, iki ölkə arasındakı münasibətlərin gələcək perspektivləri müzakirə olunub. Xatırladaq ki, İranla İngiltərə arasındakı münasibətləri inkişaf etdirmək məqsədilə İngiltərə ötən ilin Tehranda səfirliyini yenidən açmaq barədə qərar vermişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr