Davudoğlu, Adada sülhün bǝrqǝrar olması üçün çağırış edib

Baş nazir Әhmǝd Davudoğlu, vǝzifǝsinǝ başladıqtan sonra xaricǝ ilk sǝfǝrini ötǝn gün Şimali Qıbrıs Türk Cümhuriyyǝtinǝ reallaşdırdı.

128701
Davudoğlu, Adada sülhün bǝrqǝrar olması üçün çağırış edib

Baş nazir Әhmǝd Davudoğlu, vǝzifǝsinǝ başladıqtan sonra ölkǝ xaricinǝ ilk sǝfǝrini ötǝn gün Şimali Qıbrıs Türk Cümhuriyyǝtinǝ reallaşdırdı.
Rǝsmi mǝrasimlǝ qarşılanan Davudoğlu, ilk olaraq Qıbrıs mǝsǝlǝsinin önǝmli şǝxsiyyǝtlǝrindǝn sayılan Dr. Fazıl Küçük ilǝ keçmiş prezident Rauf Dǝnkdaşın qǝbirlǝrini ziyarǝt edib.
Baş nazir Davudoğlunun prezident Dǝrviş Әroğlu ilǝ keçirdiyi görüşdǝn sonra tǝşkil edilǝn birgǝ mǝtbuat toplantısında Davudoğlu sülhǝ dair ifadǝlǝr sǝslǝndirǝrǝk Yunanıstana da çağırış edib.
İndi addım atmağın vaxtı olduğuna diqqǝt çǝkǝn Baş nazir deyib ki, Adada sülhün bǝrqǝrar olması üçün indi hǝrǝkǝtǝ keçmǝliyik. Bu mǝsǝlǝnin hǝlli tǝxirǝ salınmamalıdır. Addım atılmayacağı tǝqdirdǝ mǝsǝlǝnin hǝlli daha da çǝtinlǝşǝcǝkdir.
Baş nazir Davudoğlu, daha sonra Qıbrıs küçǝlǝrindǝ gǝzǝrǝk ǝhali ilǝ görüşüb. Sonra isǝ Cǝnubdan Şimala piyada yolunun salındığı yegânǝ keçid mǝntǝqǝsinǝ gedǝrǝk rǝsmilǝrdǝn mǝlumat alıb.
Davudoğlu, Qıbrısa sǝfǝri çǝrçivǝsindǝ Mǝclis sǝdri Sibǝl Sibǝr vǝ Baş nazir Özkan Yorqancıoğlu ilǝ dǝ görüşüb.
Görüşlǝrdǝ Şimali Qıbrıs Türk Cümhuriyyǝtinǝ verilǝn dǝstǝk bir daha dilǝ gǝtirilib.
Davudoğlu, görüşlǝrini başa vuraraq ölkǝyǝ qayıdıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr