Xarici İşlər nazirlərinin 4-cü qeyri-rəsmi görüşü Bakıda keçiri

Azәrbaycanın paytaxtı Bakıda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramında iştirak edən ölkələrin Xarici İşlər nazirlərinin 4-cü qeyri-rəsmi görüşü keçirilib.

119566
 Xarici İşlər nazirlərinin 4-cü qeyri-rəsmi görüşü Bakıda keçiri

Azәrbaycanın paytaxtı Bakıda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramında iştirak edən ölkələrin Xarici İşlər nazirlərinin 4-cü qeyri-rəsmi görüşü keçirilib.
Görüşün əsas məqsədi “Şərq tərəfdaşlığı” çərçivəsində əməkdaşlığın genişləndirilməsi və 2013-cü ilin noyabr ayında keçirilmiş “Şərq tərəfdaşlığı” ölkələrinin Vilnüs sammitindən sonra əldə olunmuş nailiyyətlər və əməkdaşlığın perspektivlərinə dair müzakirələrin aparılması olub.
Görüşdə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov, Moldova Baş nazirinin müavini, Xarici İşlər və Avropa İnteqrasiyası naziri Natalia Qerman, Gürcüstanın Xarici İşlər naziri Maya Pandcikidze, Belarusun Xarici işlər nazirinin müavini Yelena Kupçina, Ukrayna xarici işlər nazirinin müavini Yelena Zerkal, Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle və Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Helqa Şmid iştirak ediblər.
Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle görüşdə son dövrlərdə baş verən siyasi proseslərə nəzər salındığını, əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparıldığını diqqətə çatdırıb. O, qeyd edib ki, Avropa İttifaqı “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində üzv ölkələrin hər biri ilə əməkdaşlıq etməyə hazırdır. Bu ölkələrin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi bizim üçün çox önəmlidir.
Füle, Azərbaycanın Avropa İttifaqının vacib tərəfdaşı olduğunu bildirib. Komissar hazırda Azərbaycanın Avropa Şurası kimi nüfuzlu bir təşkilata sədrlik etdiyini xatırladıb və bunun önəmini qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr