İraq parlamenti yeni hökuməti təsdiqlәyib

Heydər əl-Abadinin kabineti parlamentin etimadını qazanıb.

119344
İraq parlamenti yeni hökuməti təsdiqlәyib

Heydər əl-Abadinin kabineti parlamentin etimadını qazanıb.
Beləliklə İraqda şiələr, sünnilər və kürdlərin tәmsil olunduğu geniştәrkibli hökumət qurulmuş oldu.
Hökumətin fәaliyyәt planı 280 millət vəkilinindәn 177 sinin "leyhinә" sәsvermәsiylә qəbul edilib.
Yeni kabinetdə keçmiş Baş nazir və Qanun Dövləti Koalisiyasının lideri Nuri əl-Maliki, Muttahidun, Koalisiyasının rәhbәri Usamə Nuceyfi və İraq Milli Koalisiyasının (Vataniyye) sədri İyad Allaviyә prezident kömәkçisinә vəzifəsi verilib.
Sünni siyasətçi Saleh Mütləq, Behan Areci vә keçmiş xarici işlər naziri Xoşyar Zebari Baş nazirin köməkçisi vәzifәsinә tәyin olunublar.
Uzun müzakirələr nəticəsində qurulan yeni kabinetdə 17 kürsü şiələrə, 7 sünnilərə, 4 kürdlərə 1 isә azlıqlara verilib.

Qeyd edәk ki Neft, Daxili İşlər və Xarici İşlər kimi vacib nazirliklər şiələrə tapşırılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr