İsmail Haniyə: " İsraillə aparılan sonuncu mübarizə, Fələstin mə

Fələstin ilә İsrail arasında әldә edilәn atəşkəsdәn sonra Həmas rәsmisi İsmail Haniyə, İsraillə aparılan sonuncu mübarizənin, Fələstin məsələsinə yenidən etibar qazandırdığını bildirib.

106182
İsmail Haniyə: " İsraillə aparılan sonuncu mübarizə, Fələstin mə

Fələstin ilә İsrail arasında әldә edilәn atəşkəsdәn sonra Həmas rәsmisi İsmail Haniyə, İsraillə aparılan sonuncu mübarizənin, Fələstin məsələsinə yenidən etibar qazandırdığını və son 8 ildə Fələstin müqavimətinin nәlәrә qadir olduğunu göstәrdiyini bildirib. 

Parlament binasının qarşısındaki meydanda toplaşan minlərlə insanın qarşısındaki çıxışında, İsmayıl Haniyə vurğulayıb ki - Bütün dünyanın şahid olduğu gәlәbә, yalnız Qəzzanın deyil bütün Fələstin torpaqlarının azad olunması uğrunda illər boyu davam edən böyük bir səyin nəticəsidir. 

Bu arada türkiyә Prezidentinin dövr-təslim mərasimində iştirak etmək üçün Ankaraya gələn Fələstinin xarici işlər naziri Riad Əl Maliki, Esenboğa hava limanında jurnalistlərin sualları cavablayarkәn, atəşkəslә bağlı aparılan danışıqların ən önәmli məqsədinin İsrailin hücumlarına son qoyulması və yardımların bölgəyə dərhal çatdırılması olduğunu bildirib.
Atəşkəs әldә edildikdәn sonra ilk dəfə İsrail xalqına müraciәt edәn Baş nazir Binyamin Netanyahu isə, Həmasın heç bir istәyinә nail olmadığını bәyan edib. onun sözlәrinә görә, Həmas İsraillә qarşıdurmada ağır itkilәr verib.
Netanyahu hәmçinin bildirib ki, İsrailin әn böyük naliyyәti, Qəzzanın tərksilah olmasına dünya birliyini razı salmasıdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr