İran pilotsuz uçuş aparatını düşürüb

İsfahandakı Natanz nüvə enerji stansiyasının yaxınında düşürülәn pilotsuz uçuş aparatının, Hermes tipi olduğu və İsrail tərəfindәn buraxıldığı bildirilib.

102659
İran pilotsuz uçuş aparatını düşürüb

İran İnqilab Gözətçiləri Hava-Kosmos qüvvələri Komandiri Əmir Əli Hacızadə, İsfahandakı Natanz nüvə enerji stansiyasının yaxınında düşürülәn pilotsuz uçuş aparatının, Hermes tipi olduğunu və İsrail tərəfindәn buraxıldığını, yarı diyametri 800 kıvadrad kilometr əməliyyat tutumuna sahib, bir anbar yanacaqla min 600 kilometr uçuş reallaşdıra bildiyini qeyd edib.
Yerdən vurulan aparatın yanaraq tәxrib olduğunu deyәn Hacızadə, qalıqların tәdqiq edildiyini, bir qanadından digərinə təxminən 5 yarım metr olan aparatda yüksək keyfiyyətli şəkil çəkmə xüsusiyyətinə sahib iki ədəd kamera yerlәşdirildiyini bildirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr