Tayyib Ərdoğan ilә Munsif Əl Merzuki arasında telefon danışığı o

Baş nazir Rəcəb Tayyib Ərdoğan ilә Tunis prezidenti Munsif Əl Merzuki arasında telefon danışığı olub.

101172
Tayyib Ərdoğan ilә Munsif Əl Merzuki arasında telefon danışığı o

Baş nazir Rəcəb Tayyib Ərdoğan ilә Tunis prezidenti Munsif Əl Merzuki arasında telefon danışığı olub.
İki lider arasında telefon vasitәsi ilә baş tutan görüşdə, Qəzzada cәrәyan edәn son proseslәr və bölgə xalqına yardım mövzusu müzakirə olunub.
Baş nazir Rəcəb Tayyib Ərdoğa, bölgədə әmin-amanlıq və sükunətin ancaq ədalətli razılıqla bәrpa ola bilәciyinә diqqət çəkərək, tərəflər arasında müzakirələrin yenidәn başlamasına zәmin yaradmaq üçün beynəlxalq ictimaiyyətin ortaq addım atmasının lazım olduğunu vurğulayıb.
Tunis prezidenti El Merzuki isə qarşıdakı günlәrdә Fələstinlilərə kömək məqsədiylə “Qəzzanın Dostları” adı altında bir yığıncaq tәşkil etmәk istәdiklәrini, bununla bağlı sәylәrin davam etdiyini qeyd edib.
Әldә edilәn mәlumata әsasәn Ərdoğan və Əl Merzuki, Sentyabr ayında BMT Baş Assambleyası vəsiləsiylə New Yorkda yenidә bir araya gәlәcәk.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr