Müxaliflәrin İŞİD tәhdidinә qarşı yardım tәlәbi

Suriyalı müxaliflər İŞİD təhdidinə qarşı, beynəlxalq cəmiyyətin Azad Suriya Ordusuna dəstəyini tәlәb ediblәr.

94056
Müxaliflәrin İŞİD tәhdidinә qarşı yardım tәlәbi

Suriyalı müxaliflər İŞİD təhdidinə qarşı, beynəlxalq cəmiyyətin Azad Suriya Ordusuna dəstəyini tәlәb ediblәr.
Suriya Milli Koalisiyası Başçısı Hadi Bahra, Türkiyәnin Qaziantәp şәhәrindәki müvəqqəti hökumət binasında tәşkil etdiyi mәtbuat konfransında İŞİD terror təşkilatının Suriyada da mәsum insanları öldürdüyünü, Beynəlxalq cəmiyyətdәn Suriyaya dәstәk vermәsini istәdiklәrini vurğulayıb. Mövcud Suriya rəhbərliyi iqtidarının davam etmәsi halında Suriyada terrorun daha dıa artacağını qeyd edib.
Milli koalisiya tәrәfindәn tәyin edilәn müvəqqəti Hökumətin müdafiə naziri Məhəmməd Nur İzz Alaaddin Khalouf isə, Suriya Ordusu ilə İŞİDin әmәkdaşlıq etdiyini söyləyib. ABŞ-ın bu ortaq gücə qarşı, Azad Suriya Ordusuna dәstәk mәqsәdi ilә Suriyaya hava əməliyyatı tәşkil etmәsini istәyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr