Qəzza Zolağında dәri xistәliklәri yayılıb

İsrailin Qəzzaya istiqamətli hücumları səbəbiylə evlərini tərk etmək məcburiyyətində qalan fələstinlilər arasında dəri xəstəlikləri yayılıb.

93767
Qəzza Zolağında dәri xistәliklәri yayılıb

İsrailin Qəzzaya istiqamətli hücumları səbəbiylə evlərini tərk etmək məcburiyyətində qalan fələstinlilər arasında dəri xəstəlikləri yayılıb.
Fələstin Səhiyyə naziri Cavad Avadın mәlumatına görә, sәhhiyә әmәkdaşları, BMT-nın Fələstinli Mühacirlərə Kömək Agentliyi (UNRWA) düşәrqәlәrindә qalan və sayları 400 minә çatan Fələstinlilərin bəzilərində, başda "qotur" olmaqla müxtəlif dəri xəstəlikləri müşahidә olunuduğu qeyd ediblәr.
Düşәrqәlәrdә su və təmizlik vəsaitinin qәnaәtbәxş olmadığını ifadә edәn Avad, bәzi qaçqınların vərəm xəstəliyinə dә düçar olduqlarını vurğulayıb.
İsrailin xәstәxana vә klinikalara hücumları sәbәbi ilә Qəzzadakı peyvənd və sağlamlıq sisteminә böyük nisbәtdә zәrәr dәydiyinә diqqət çəkən Avad, nazirlik olaraq dost ölkə və beynəlxalq təşkilatların dəstəyindәn savayı nazirlik tәrәfindәn dә Qәzzaya onlarla yük maşını tibbi vәsait vә dәrman göndәrildiyini qeyd edib.
İsrail, illərdir ağır sanksiyalar tәtbiq etdiyi Qəzzaya, 7 İyulda havadan və dənizdən, 17 İyulda isə qurudan hücum tәşkil edib. әldә edilәn mәlumatlara görә hücumlarda min 980 nәfәr hәyatını itirib, 10 min 196 nәfәr dә yaralanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr