Humanitar yardımlar havadan çatdırılıb

Amerika Birləşmiş Ştatları ikinci dəfə İraqa, humanitar yardımları havadan çatdırıb.

84369
Humanitar yardımlar havadan çatdırılıb

Amerika Birləşmiş Ştatları ikinci dəfə İraqa, humanitar yardımları havadan çatdırıb.
Yardım Sincar Dağlarında qalan iraqlılara paylanıb.
ABŞ Müdafiə Nazirliyinin verdiyi açıqlamada, iki yük təyyarəsi ilə 72 yardım bağlamanın bölgəyə çatdırıldığı bildirilib. 28 min 224 nəfərlik ərzaq və 6 ton su, ehtiyac sahiblərinə çatdırılıb.
Açıqlamada, İŞİD təhdidlərindən qaçan iraqlılara, yardımların davam edəcəyi bildirilib.
Bu arada, Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Joe Biden ilə İraq prezidenti Fuad Masum arasında telefon danışığı olub.
Danışıq zamanı Biden günahsız İraq xalqının İŞİD təhdidinə qarşı qorunması və mübarizə etməsi üçün lazımi yardımların davam etdirilǝcǝyini bir daha qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr