Bağlan və Badgis vilayətlərində qarşıdurma baş verib

Əfqanıstanın Bağlan və Badgis vilayətlərində Taliban silahlılarıyla təhlükəsizlik qüvvәlәri arasında qarşıdurma olub.

82854
Bağlan və Badgis vilayətlərində qarşıdurma baş verib

Əfqanıstanın Bağlan və Badgis vilayətlərində Taliban silahlılarıyla təhlükəsizlik qüvvәlәri arasında qarşıdurma olub.
Bağlan İcra Hakimiyyətinin sözçüsü Mahmud Hakmal, Bağlanın mərkəzi hissəsində əməliyyat zamanı təhlükəsizlik qüvvәlәri ilə silahlılar arasında qarşıdurma yaşandığını bildirib.
Saatlarla sürən qarşıdurmada 4 silahlının öldüyünü qeyd edən Hakmal, 8 silahlı və 5 təhlükəsizlik işçisinin yaralandığını söyləyib.
Taliban sözçüsü Zәbihullah Mücahit isə qarşıdurmada 7 polisin həyatını itirdiyini, 12-nin isə yaralandığını iddia edib.
Digər tərəfdən, Badgis Polis rəisi Vəli Can Sәrhadi, silahlıların, Badgisin Karaçeki bölgəsindəki polis bölməsinə hücumu nəticəsində qarşıdurma çıxdığını bildirib. Qarşıdurma nəticəsində 8 xadimin öldüyünü ifadə edən Sәrhadi, 12 silahlının yaralandığını ifadə edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr