İsrail, iyul ayının 7-dən Qəzzada qan tökməkdә davam edir

İsrail, iyul ayının 7-dən Qəzzada qan tökməkdә davam edir. Qadın, uşaq, yaşlıları bombalayır. Hər keçən gün Qəzzada vəziyyət daha da ağırlaşır.

79385
İsrail, iyul ayının 7-dən Qəzzada qan tökməkdә davam edir

İsrail, iyul ayının 7-dən Qəzzada qan tökməkdә davam edir. Qadın, uşaq, yaşlıları bombalayır. Hər keçən gün Qəzzada vəziyyət daha da ağırlaşır. Ölənlərin 80 faizi dinc əhalidir. Artıq burada səhiyyə sistemi də çökmək üzrədir. Çünki İsrail, xəstəxanaları, təcili yardım və tibb işçilərini hədəf alır.
BMT-nin bölgәdәki hümanitar kömək koordinatoru James Ravley, İsrailin BMT məktəblərini vurmasına sərt reaksiya verərək “ Uşaqların öldürülmәsi vәhşilikdir, Qəzzada yaşayanların sığınacaqları yerləri yoxdur” deyə bildirib.
Ravley, zərər çəkmiş Qəzzalılara, əllərindən gələn köməyi etdiklərini, ancaq hər keçən gün yükün ağırlaşdığını və bu dramın artıq sonlandırılması lazım olduğunu ifadə edib.
Qeyd edək ki, hücumların başladığı iyul ayının 7-dən bəri 460 min Fələstinli evlərini tərk etmək məcburiyyətində qalıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr