Qəzza Zolağına İstiqamәtli hücumlar davam edir

İsrail qırıcı tәyyarә və hәrbi texnikalar ilә Qəzzaya yeni hücum başladıb.

74824
Qəzza Zolağına İstiqamәtli hücumlar davam edir

İsrail qırıcı tәyyarә və hәrbi texnikalar ilә Qəzzaya yeni hücum başladıb.
İsrail ordusunun, Qəzza zolağındakı fələstinlilərin yaşadıqları bölgәlәri və bir məscidә tәşkil etdiyi hücumlarda yaralananların olduğu bildirilir.
Digәr tәrәfdәn müalicə alan 2 Fələstinlinin həyatını itirmәsi ilә İsrailin, Qəzzaya 7 iyuldan bәridir davam etdirdiyi hücumlarda ölәn fələstinlilərin sayı min 363 nәfәrә çatıb. 7 min 600-dən çox insan yaralanıb. İsrailin, 200 min Fələstinlinin sığındığı BMT-nin nәzarәtindә olan Qəzzadakı məktəblərә ötәn gün tәşkil etdiyi hücumda isә əksəriyyəti qadın və uşaq olmaqla 20 Fələstinli həyatını itirib , 100-ə yaxın insan xәsarәt alıb.
BMT rәsmilәri, məktəbdə yalnız dinc sakinlәrin qaldıqlarını 17 dəfə İsrailə bildirdiklәrini qeyd ediblәr.
Hücuma sәrt reaksiya verәn BMT baş katibi Pan Gi Moon '' Yuxudakı uşaqlara hücum etmәk vәhşilikdir” deyib.
Fələstin dövlәt başçısı Mahmud Abbas isә İsrailin törәtdiyi cinayәtlәr sәbәbi ilә Qəzzanı 'fəlakət bölgəsi' elan edib.
Abbas, BMT Baş katibi Pan Gi Moona yazdığı mәktubda, beynəlxalq cəmiyyəti, humanitar böhranın hökm sürdüyü Qəzzada fələstinlilərin ehtiyaclarını və təhlükəsizliyini tәmin etmәyә çağırıb. İsrailin hücumları sәbәbindәn evlәrini tәrk edәnlәrin daha tәhlükәsiz yerlәrdә yerlәşdirilmәsini, onların qida, içməli su və dərman ilә tәmin edilmәlәrini istәyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr