Hazıri Qaçqın düşǝrgǝsindǝ insanlıq faciǝsi yaşanır

Türkmǝnlǝr, Ərbil yaxınlığında yerlǝşdirildiklǝri qaçqın düşǝrgǝsindǝ Ramazan bayramını kǝdǝrli qeyd edir.

114845
Hazıri Qaçqın düşǝrgǝsindǝ insanlıq faciǝsi yaşanır

İŞİD-in Mosul vǝ Tǝlafǝri ǝlǝ keçirmǝsinin ardından yaşadıqları yerlǝri tǝrk edǝn Türkmǝnlǝr, Ərbil yaxınlığında yerlǝşdirildiklǝri qaçqın düşǝrgǝsindǝ Ramazan bayramını kǝdǝrli qeyd edir.
Ərbilǝ 50 km mǝsafadǝ yerlǝşǝn Hazıri Qaçqın düşǝrgǝsindǝ insanlıq faciǝsi yaşanır.
TRT heyǝti, bu Ramazan bayramında Mosul vǝ Tǝlafǝrdǝn qaçan Türkmǝnlǝrin çǝtin şǝrtlǝrdǝ yaşadığı düşǝrgǝni ziyarǝt edib.
Toz vǝ torpağın üzǝrinǝ salınmış vǝ 750 çadırdan ibarǝt düşǝrgǝnin sakinlǝri 50 dǝrǝcǝ isti havada yaşamağa çalışır.
Ümumilikdǝ elektirik enerjisinin olmadığı düşǝrgǝdǝ ǝn ciddi problem su vǝ ǝrzaq çatışmazlığıdır. Düşǝrgǝdǝ yoluxucu xǝstǝlik dǝ ciddi problemdir.
Uşaqların ǝksǝriyyǝti xǝstǝdir. Hǝr gün onlarla uşaq Ərbilǝ xǝstǝxanalara müalicǝyǝ aparılır.
Bundan bir il öncǝ evlǝrindǝ bayramı coşğu ilǝ qeyd edǝn Türkmǝnlǝrin ümidi Türkiyǝdǝn göndǝrilǝcǝk yardımlardır…


Etiketlәr:

Әlaqәli Xәbәrlәr