Qәzzada yeni qırğın

İsrail qırğın törәtmәkdә davam edir

69167
Qәzzada yeni qırğın

Qəzzada davam edən hücumlarda həyatını itirənlərin sayı 700-ü ötәrkәn 4 min 550 nәfәr xәsarәt alıb.
BMT İnsan Haqqları Şurası, İsrailin hücumlarında insan haqqları və humanitar hüquq pozuntularını araşdırmaq üçün beynəlxalq müstəqil bir araşdırma komissiyasının yaradılmasını nәzәrdә tutan qәrar qәbul edib.
Şuranın dünən Cenevrədə təşkil edilən xüsusi iclasında İsrailin Qәzzaya istiqamәtli hücumlarını pislәyәn və xüsusi komissiya qurulmasını nәzәrdә tutan qərar, ABŞ-nın әleyhdә sәs vermәsinә baxmayaraq Lehdә verilәn 29 səslə qəbul edilib. Aralarında Avropa ittifaqı ölkәlәrinin dә olduğu 17 ölkә isә bitәrәf sәs verib.
BMT-nin Təcili Yardım koordinatoru Valeri Amos, bölgədə hәr ötәn gün daha da pisləşən humanitar vəziyyətin narahatlıq yaratdığını, atəşkəsin bәrpası vә әmәliyatlara son qoyulmasının vacibliyini vurğulayıb.
Digər tərəfdən, Qərbi Şəriyədə, İsrail hücumlarından etiraz mәqsәdi ilә aksiya keçirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr