Yunanıstan hökuməti seçilmiş müftiləri tanımalıdır
Әmrullah İşlər Yunanıstan hökumətinin seçilmiş müftiləri tanımasının vacibliyini söyləyib.
128352
Baş nazirin müavini Әmrullah İşlər Yunanıstan hökumətinin seçilmiş müftiləri tanımasının vacibliyini söyləyib. Bolqarıstan səfərinin ardınca dünən Yunanıstanın Qərbi Trakya bölgəsinə keçən baş nazirin müavini burada türklərlə görüşüb. Qərb Trakyada yaşayan türklərin haqqlarını hər zaman müdafiə edəcəklərini deyən Emrullah İşlər Lozanna sazişi ilə bölgədəki Türklərin hüquqlarının tanındığını izah etdi. Baş nazirin müavini İsrailin bir an əvvəl BMT-nin atəşkəs çağırışına cavab verməsinin lazım olduğunu da ifadə edib.