Cəbhədə atəşkəs rejimi 2846 dəfə pozulub

Azərbaycan Silahlı Qüvvələrinin 13 hərbçisi şəhid olub. On doqquz hərbi qulluqçu və 5 mülki sakin isə yaralanıb. Bunlardan 9 nǝfǝr mina partlayışı nǝticǝsindǝ şǝhid olub.

123580
Cəbhədə atəşkəs rejimi 2846 dəfə pozulub

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatlarına əsasǝn, 2014-cü ilin birinci yarısında cəbhədə atəşkəs rejimi 2846 dəfə pozulub.
Atəşkəsin pozulması ilə müşayiət olunan döyüşlərdə və mina partlayışlarında Azərbaycan Silahlı Qüvvələrinin 13 hərbçisi şəhid olub. On doqquz hərbi qulluqçu və 5 mülki sakin isə yaralanıb. Bunlardan 9 nǝfǝr mina partlayışı nǝticǝsindǝ şǝhid olub.
Ötən ay cəbhədə atəşkəsin pozulması ilə müşahidə olunan döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub, 2 hərbçisi isə yaralanıb. Şǝhid hǝrbçilǝrdǝn biri minaya düşüb. Bundan başqa, Ermənistan Ordusunun Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 5 mülki sakin yaralanıb.
Ötən ay ermənilər əsasən Qarabağ cəbhəsinin cənubunda - Füzuli, Xocavənd və Cəbrayıl rayonları istiqamətində aktivləşiblər. Ermənistan Ordusunun bölmələri tərəfindən Füzuli rayonu istiqamətində atəşkəs rejimi 118, Cəbrayıl rayonu istiqamətində 36, Xocavənd rayonu istiqamətində 30 dəfə pozulub.
Qarabağ cəbhəsində - Ağdam rayonu istiqamətində atəşkəs rejimi 83, Tərtər rayonu istiqamətində 23, Goranboy rayonu istiqamətində 13, Göygöl rayonu istiqamətində 4, Azərbaycan-Ermənistan dövlət sərhədində - Qazax rayonu istiqamətində 20, Tovuz rayonu istiqamətində 9, Ağstafa rayonu istiqamətində 4, Gədəbəy rayonu istiqamətində 4 dəfə atəşkəs rejimi Ermənistan Ordusu tərəfindən pozulub.
Qeyd edǝk ki, Azǝrbaycan vǝ Ermǝnistan arasında 1994-cü ilde atǝşkǝs anlaşması imzalanmasına baxmayaraq iki ölkǝ feili olaraq hǝrb halındadır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr