Suriyada neft yataqları tək-tək ələ keçirilir

İŞİD təşkilatının üzvüləri Suriyada neft yataqlarını tək-tək ələ keçirir.

118206
Suriyada neft yataqları tək-tək ələ keçirilir

İŞİD təşkilatının üzvüləri Suriyada neft yataqlarını tək-tək ələ keçirir.
Deyr Ezzur bölgəsindən şimala doğru irəliləyən İŞİD təşkilatının üzvüləri ölkənin ən böyük neft yatağı olan Əl Ömərin ardınca Tana yatağınıda ələ keçirdib.
Türkiyə sərhədinin 18 kilometrliyindəki Tana neft yatağı, Nusra Cəbhəsi qüvvələrinin geri çəkilməsindən sonra İŞİD silahlıları tərəfindən tutulub.
Deyr Ezzurdakı neft və təbii qaz yataqlarının əksəriyyətində nəzarəti ələ keçirən İŞİD təşkilatının gündə 35 min barrel neft istehsalı edə biləcəyi vurğulanır.
İŞİD-in Deyr Ezzurun paytaxtı və bir neçə kəndi istisna olmaqla qalan bütün ərazilərdə nəzarəti ələ aldığı deyilir. Həttda bir çox yerdə Nusra Cəbhəsi üzvlərinin mövqelərini dəyişdirərək İŞİD-ə qatıldığı xəbər verilir. Bundan əlavə İŞİD təşkilatının üzvüləri İraq sərhədindəki Bukemal qəsəbəsinə qədər olan dəhlizə də nəzarət edir. Ekspertlər İŞİD-in nəzarəti altında olan ərazinin Livandan 5 dəfə böyük olduğunu qeyd edirlər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr