Avropa ittifaqı Fәlәstinli gәncin öldürülmәsini qınayıb

Ketrin Eşton Qüdsdə fələstinli bir gəncin öldürülməsini ən güclü ifadələrlə qınayıb.

115721
Avropa ittifaqı Fәlәstinli  gәncin öldürülmәsini qınayıb

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eştonın rәhbәrliyindәki Avropa Xarici Fəaliyyət xidmətindən verilən məlumatda Qüdsdə fələstinli bir gəncin öldürülməsinin ən güclü ifadələrlə qınandığı qeyd olunub. Gəncin ailəsinə baş sağlığı ifadə edilən bəyanatda bu cinayəti törədənlərin ədalət mühakiməsi önünə çıxarılmasının vacibliyi vurğulanıb. Eyni zamanda İsrailin aidiyyatı orqanlarının sürətli istintaq aparacağı ilə bağlı səsləndirdikləri fikirlərdə müsbət dəyərləndirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr