Suriyada zorakılıq hadisǝlǝri

Suriya qırıcı tǝyyarǝlǝri, bir ildǝn artıqdır İŞİD silahlılarının nǝzarǝtindǝ olan Rakka şǝhǝrindǝ bǝzi bölgǝlǝri hǝdǝf alıb.

107789
Suriyada zorakılıq hadisǝlǝri

Əsǝd qüvvǝlǝrinin ölkǝ miqyasında müxalif qüvvǝyǝ qarşı quru vǝ havadan tǝşkil etdiklǝri hücumlarda aralarında qadın vǝ uşaqların da olduğu 100-dǝn artıq insan hǝyatını itirib.
Suriya qırıcı tǝyyarǝlǝri, bir ildǝn artıqdır İŞİD silahlılarının nǝzarǝtindǝ olan Rakka şǝhǝrindǝ bǝzi bölgǝlǝri hǝdǝf alınıb.
Vurulan yerlǝr arasında İŞİD-in qǝrargahlarının da olduğu bildirilib. Hücumlar zamanı 12 nǝfǝr ölüb.
Ölkǝnin şǝrqindǝ yǝrlǝşǝn Deyr Əz Zur şǝhǝrindǝ Azad Suriya Ordusuna mǝnsub qüvvǝlǝrlǝ İraq Şam İslam Dövlǝti tǝşkilatına mǝnsub silahlılar arasında arabir atışmaların olduğu bildirilib.
Digǝr tǝrǝfdǝn Suriya qırıcı tǝyyarǝlǝr, Livan sǝrhǝddindǝki Tufeyl bölgǝsini vurub.
Suriyadakı hǝrbdǝn qaçanların yaşadığı bölgǝyǝ edilǝn hücumda 7 nǝfǝr ölüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr