"İŞİD-a hərbi müdaxilə edilməlidir"

Nikolay Mladenov, İraq Şam İslam Dövləti Təşkilatı İŞİD-a və müttəfiqlərinə hərbi müdaxilə edilməsinin lazım olduğunu deyib.

107656
"İŞİD-a hərbi müdaxilə edilməlidir"

BMT-nin Baş katibi Pan Gi Munun İraqdakı xüsusi təmsilçisi Nikolay Mladenov, İraq Şam İslam Dövləti Təşkilatı İŞİD-a və müttəfiqlərinə hərbi müdaxilə edilməsinin lazım olduğunu deyib.
Mladenov, Bağdaddan video konfrans yolu ilə Nyu Yorka bağlanaraq keçirdiyi mətbuat konfransında, İraqdakı son hadisələri və həll yollarını jurnalistlərlə paylaşıb.
İraqdakı böhranın başında İŞİD və müttəfiqi silahlı qrupların tətbiq etdiyi hücumların olduğunu vurğulayan Mladenov, bu qruplara hərbi yolla cavab verilməsinin lazım olduğunu, lakin bu əməliyyatın Bağdad və Erbil birgə olarsa uğurlu ola biləcəyini qeyd edib.
Mladenov, İŞİD-ın İraqda irəliləyişindən indiyədək yaşanan insan təlafatına toxunaraq, iyunun 5-dən öldürülən vətəndaşların sayının 1300-dən artıq olduğunu, 1250 nəfərin isə yaralandığını deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr